Venesuela Paraqvayla diplomatik əlaqələri kəsib.
Axar.az xəbər verir ki, bu barədə Venesuelanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, buna səbəb Paraqvay Prezidenti Santyaqo Penyanın Venesuelanın hazırkı lideri Nikolas Maduronun seçkilərdəki qələbəsini şübhə altına alması olub.
“Bolivar Venesuela Respublikası Paraqvay Respublikası ilə diplomatik əlaqələri kəsmək və bu ölkədə akkreditə olunmuş diplomatik heyətini dərhal geri çağırmaq qərarına gəlib”, – Venesuela Xarici İşlər Nazirliyi bildirib.
Qeyd edək ki, Penya Venesuela müxalifətinin lideri Edmundo Gonzalez Urrutia ilə danışdığını və Qonzalesin 2024-cü il prezident seçkilərində qalib gəldiyinə inandığını açıqlayıb.