AZ

AZAL təyyarəsinin "qara qutu"ları açıldı

Braziliya HHQ-nin Aviasiya Hadisələrinin Təhqiqatı və Təqdim edilməsi Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qara qutularının açılması başa çatdırıb.

“SeherXeber.org ” xəbər verir ki, bu barədə Braziliyanın G1 portalına qurumdakı mənbələr məlumat verib.

“İki qara qutudan məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb”, – onlar bildiriblər.

“O Globo” qəzetinin qeyd etdiyi kimi, qurum artıq müvafiq məlumatı Astanaya göndərib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.//Report

Seçilən
53
17
seherxeber.org

10Mənbələr