Nəhayət, Braziliya HHQ-nin Aviasiya Hadisələrinin Təhqiqatı və Təqdim edilməsi Mərkəzi
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qara qutularının açılmasını başa çatdırıb. Tezadlar.az Trt- haber- ə istinadla xatırladır ki, bu barədə Braziliyanın G1 portalına qurumdakı mənbələr məlumat verib. Sitat: “İki qara qutudan məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb”. Ölkənin bu qurumu artıq müvafiq məlumatı Astanaya göndərib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Gözlənilir ki, "qara qutu"ların sirri bu gün açıqlanacaq.