AZAL-a məxsus təyyarənin “qara qutu”larının deşifrəsi tamamlandı
Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin “qara qutu”larının deşifrəsini tamamlayıb.
aia.az xəbər verir ki, bu barədə Braziliyanın G1 portalı məlumat yayıb.
Qeyd edilib ki, iki ədəd “qara qutu”dan məlumatların çıxarılması, toplanması və yoxlanılması prosesləri başa çatıb.
Departament artıq Qazaxıstanın müvafiq hakimiyyət orqanlarına araşdırma nəticələrini göndərib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
aia.az