Xəbər verdiyimiz kimi, Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutu"larının oxunması prosesi başa çatıb.
“Embraer” təyyarəsinin məlumatları Braziliyanın qurumları tərəfindən qəzanı araşdıran Qazaxıstanın müvafiq orqanına göndərilib.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, Braziliya qurumları AZAL təyyarəsinin "qara qutu"larının fotolarını paylaşıb.
Həmin fotoları təqdim edirik:
"Cebheinfo.az"