Bakı, 7 yanvar, AZƏRTAC
Azərbaycan-İran sərhədində zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Yardımlı stansiyasından 16 km şimalda, Azərbaycanla-İran sərhədində (İran ərazisində) saat 03.53-də 3,6 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ Yardımlı, Cəlilabad rayonlarında 3 baldan artıq hiss olunub. Zəlzələ ocağı 25 kilometr dərinlikdə yerləşib. Zəlzələ Yardımlı və Cəlilabad rayonlarında 3 baldan artıq hiss olunub.
Qeyd edək ki, eyni ərazidə yanvarın 6-da saat 23.22-də 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.