AZ

Azərbaycan – İran sərhədində növbəti dəfə zəlzələ olub

Azərbaycanın İran İslam Respublikası ilə sərhədyanı bölgəsində 3,6 maqnitudalı zəlzələ olub.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Yardımlı stansiyasından 16 km şimalda, Azərbaycanla-İran sərhəddində (İran ərazisində) zəlzələ qeydə alınıb. Zəlzələ Yardımlı, Cəlilabad rayonlarında 3 baldan artıq hiss olunub.

Xatırladaq ki, daha əvvəl eyni ərazidə zəlzələ qeydə alınmışdı.
 
 

Seçilən
66
20
7news.az

10Mənbələr