Azərbaycan nefti bahalaşdı
Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.
Yeniavaz.com xəbər verir ki, “Azeri Light” markalı neftin 1 barelə olan qiyməti 0,48 ABŞ dolları və ya 0,61% artaraq 79,48 ABŞ dollarına bərabər olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.