AZ

"Azeri Light" neftinin qiyməti artıb

Fins.az - Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artıb. 1 barel neftin qiyməti 0,48 ABŞ dolları, yaxud 0,6 % yüksələrək 79,48 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 76,24 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Azərbaycanın 2024-cü il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları nəzərdə tutulub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelində 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Azərbaycan nefti əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi çərçivəsində hasil edilir və burada SOCAR-ın payı 25 % təşkil edir.

Seçilən
42
32
fins.az

10Mənbələr