AZ

Sağlamlığımızı təhdid edən metapnevmovirusdan necə qorunaq?

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, metapnevmovirus üzrəqeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və RusiyaFederasiyasında müşahidə olunur. Qonşu ölkələrdə də bu xəstəliyəyoluxanların olması bizi də düşündürür və təşvişə salır. Əhalinimaraqlandıran əsas suallar da elə bu virusdan qorunma yolları,yoluxma olarsa, müalicə üsullarıdır.

Yeni yayılmış metapnevmovirus haqqında Trend-ə danışanİnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya uzmanı Dr. VasifƏliyev xəstəliyin müalicəsi, qarşısının alınması və simptomları iləbağlı məlumat verib.

“Bu virus ilk dəfə 2001-ci ildə Niderlandda aşkar olunub. Yuxarıvə aşağı tənəffüs yollarının infeksiyasına, hətta pnevmoniyasınasəbəb ola bilir. Hava-damcı yolu ilə yoluxur ki, bu da önəmliməqamdır. 5-9 günlük inkubasiya dövrü olduğu bildirilir. Uşaqlar,körpələr, xroniki orqan çatışmazlığı olan xəstələr bu xəstəliyidaha ağır formada keçirə bilir. Bu xəstəliyi ağır keçirən şəxslərdəölüm riski digərlərinə görə daha yüksəkdir.

Yanaşı xəstəliyi olmayan şəxslərdə bu xəstəlik yüngül formadakeçir. Öskürək, burun axıntısı, nəfəs darlığı, temperatur, sinədəxışıltı xəstəliyin əsas əlamətləridir. Xəstəliyi digərlərindənayırd etmək üçün mütləq burundan yaxma götürmək lazımdır. Bu virusaqarşı peyvənd araşdırma mərhələsindədir, yəni təsdiqlənmiş birpeyvəndi yoxdur. Müalicə yollarından isə ən doğrusu simptomatikmüalicədir. Xəstəliyin erkən mərhələlərində antibiotik, sistemistifadə etmək xəstənin daha da ağırlaşmasına gətirib çıxarabilər.

Bu baxımdan, səhv müalicə etməkdənsə, sadəcə simptomatik müalicəetmək ən doğru seçimdir. İlk vacib olan məsələ bu xəstəliyəyoluxmamaqdır. Buna görə də bu xəstəliyə yoluxan insanlardan uzaqdurmaq, mövsümə uyğun geyinmək, sağlam qidalanmaq, ara məsafəsisaxlayıb, gigiyena qaydalarına uymaq virusa yoluxmamanın ənetibarlı yoludur. Xəstə şəxslərə məsləhətim odur ki, ev şəraitindəqalsınlar. Onların izolyasiyası ən doğru addımdır. Hətta riskqrupuna daxil olan insanlar xəstəlikdən sağalmış şəxslərdən beləvirusa yoluxa bilərlər. Buna görə də sağalmış şəxləri belə birmüddət nəzarətdə saxlamaq lazımdır”, - deyə həkim vurğulayıb.

Həkim-infeksionist Mərdan Əliyev isə bildiribki, bu virus koronavirus kimi pandemiya yaratmaq potensialına malikdeyil.

“Metapnevmovirus hazırda yayılmaqdadır. Çində başladı və bizəqonşu ölkələrdə də müşahidə olunur. Amma bu yeni bir virus deyil.Koronavirus kimi epidemiya, pandemiya yaratmaq potensialı dayoxdur. Çünki bu əvvəllər keçirdiyimiz viruslardandır. Ola bilərki, biz buna nə vaxtsa yoluxmuşuq və sağalmışıq, sadəcə xəbərimizolmayıb, onu da sadə qrip hesab etmişik. Ona görə dəmetapnevmovirusdan qorxmaq lazım deyil. Sadəcə olaraq indi sürətləyayılır və bu da narahatlıq yaradır”, - deyə o qeyd edib.

Həkim bildirib ki, Azərbaycanda da, digər yerlərdə də payız-qışmövsümü ilə əlaqədar yuxarı tənəffüs yolunun kəskin iltihabı olanxəstəliklər çox yayılıb:

“Düşünürəm ki, narahatlığa əsas yoxdur. Qarşısını almaq üçünqripə və digər hava-damcı yolu ilə keçən viruslara qarşı olantədbirlər var. Əllərin tez-tez və yaxşı yuyulması, insanların sıxolduğu yerlərdən qaçmaq, əgər şübhəli xəstələr varsa, onlar olanyerlərdə maskadan istifadə etmək virusdan qorunmağın əsasyollarındandır. Ən əsası, immun sistemini yaxşı vəziyyətdə saxlamaqxəstəliyə yoluxmamaq, yoluxma olsa belə, daha yüngül keçirməyəkömək edir. Onu da deyim ki, bu xəstəlik yüngül gedişlixəstəlikdir, 3-4 günə sağalır. Yalnız 2 yaşa qədər uşaqlarda və 70yaş üzəri şəxslərdə ağır gedişata səbəb ola bilər”.

Yeni yaranmış virusun uşaqlara təsiri və qorunma üsulları iləbağlı Trend-ədanışan pediatr Aytən İsmayılzadə isə qeyd edib ki, uşaqlardametapnevmovirusa yoluxma halları olarsa, digər viruslara qarşıhansı tədbirlər görülürsə, həmin tədbirləri görmək lazımdır.

“Xüsusi bir şeyə ehtiyac yoxdur. Onsuz da söhbət ağırlaşmadangedərsə, adi qrip belə ağırlaşma yarada, pnevmoniyaya səbəb olabilir. Hər bir virusda sadəcə düzgün yanaşma, risk qrupunda olanşəxsləri nəzərə almaq, vaxtında müayinə üçün müraciət etmək, ənəsası, yubanmadan doğru tədbirləri görmək lazımdır. Bu virusauşaqlarda yoluxma halları olarsa, hərarətli günləri nəzarətdəsaxlamaq, ağırlaşma ilə bağlı qan analizləri vermək, ağırlaşmaolarsa, həkim təyinatı ilə antibiotik qəbul etmək, ağırlaşmayoxdursa, virus əleyhinə müalicə, bol maye qəbulu, ümumi vəziyyətinnəzarətdə saxlanılması çox önəmlidir. Metapnevmovirus üçün xüsusitədbirə, qorxuya gərək yoxdur”, - deyə həkim əlavə edib.

Seçilən
33
4
az.trend.az

5Mənbələr