Vəzifəsinin başlamasına cəmi iki həftə qalmış Tramp artıq ABŞ sərhədlərini genişləndirmək istədiyini bəyan edir.
News24.az xəbər verir ki, Tramp gözünü Şimaldan Cənuba qədər geniş ərazilərə dikib.
O, çərşənbə axşamı keçirdiyi mətbuat konfransında “Panama kanalını və Qrenlandiyanı ABŞ-ın himayəsi altına almaq üçün hərbi güc tətbiq etməyəcəyinə zəmanət verə bilərsinizmi?” sualına cavab olaraq “Xeyr, bacarmıram. Tək bildiyim odur ki, bizim iqtisadi təhlükəsizliyə ehtiyacımız var” deyib.
Tramp Kanadanın ərazilərini ABŞ-yə qatmaq fikrini irəli sürüb. O, NATO müttəfiqlərindən daha çox müdafiə xərcləri tələb edəcəyini bildirib və Meksika körfəzinin adını Amerika körfəzi adlandırmağa söz verib.
Tramp ABŞ-ın Kanadaya qarşı hərbi və iqtisadi xərclərini tənqid edərək, “Biz bu xərclərdən heç bir fayda görmürük” deyərək, iki ölkə arasındakı sərhədi “süni şəkildə çəkilmiş xətt” kimi qiymətləndirib.
Bu açıqlamalardan qısa müddət sonra Tramp özünün sosial media platforması olan “Truth Social”da ABŞ bayrağı ilə örtülmüş “Birləşmiş ABŞ və Kanada” şəklini paylaşıb və Kanadanın dövlət himnini səsləndirib.
Trampın sözlərinə cavab olaraq, Kanadanın xarici işlər naziri Melani Joli “X” sosial media platformasında paylaşım edib.
“Seçilmiş prezident Trampın açıqlamaları göstərir ki, o, Kanadanı güclü bir ölkə edənin nəyi tamamilə anlamadığını göstərir. İqtisadiyyatımız güclüdür, insanlarımız güclüdür. Biz təhdidlər qarşısında heç vaxt geri addım atmayacağıq”, - deyə o qeyd edib.
Tramp özünün yaratdığı Qrenlandiya böhranına da toxunub. O, Qrenlandiyanı almaq təklifini rədd edən Danimarkaya tariflər tətbiq edə biləcəyini bildirib.
Trampın oğlu kiçik Donald Tramp bu açıqlamadan bir qədər əvvəl Qrenlandiyaya səfər edib. Tramp bildirib ki, onun yaxın ətrafı və kabinetindən olan digər şəxslər də Qrenlandiyaya səfər edəcək və Şimal qütbünün ilhaqı üçün ilkin danışıqlar aparacaqlar.
Panama kanalının “bu və ya digər şəkildə” ABŞ-ın əlinə keçəcəyini vurğulayan Tramp hərbi əməliyyatların mümkünlüyünə eyham vurub.
Panamanın xarici işlər naziri Xavyer Martinez-Acha deyib ki, “kanala nəzarət edən əllər panamalıların əlləridir və belə də qalacaq.
Tramp deyib ki, NATO müttəfiqləri ümumi daxili məhsullarının 5 faizini müdafiəyə xərcləməlidirlər. “Düşünürəm ki, NATO 5 faizə qədər artmalıdır. Onların hamısı bunu ödəyə bilər, lakin onlar 2 faiz yox, 5 faiz olmalıdır”, - Tramp bildirib.
Aynurə