AZ

Mirzoyandan sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ açıqlaması

Keçən il ərzində Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mühüm nailiyyətlər əldə edilib.

Musavat.comNews.am”a istinadən xəbər verir ki, bu barədə  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2024-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib.

"Dövlət sərhədinin delimitasiyası üzrə birgə fəaliyyət göstərən komissiyanın fəaliyyətini tənzimləyən ilk beynəlxalq-hüquqi sənəd qəbul edilib", – deyə o qeyd edib.

Mirzoyan bildirib ki, Azərbaycanla bu işin davam etdirilməsi barədə razılaşma var və yanvar ayında sərhədin delimitasiyası üzrə komissiyaların növbəti görüşünün keçirilməsi mümkündür.

XİN rəhbəri vurğulayıb ki, xarici işlər nazirləri və dövlət başçıları səviyyəsində keçirilən görüşlərdə sülh müqaviləsi ilə bağlı bir sıra təkliflər və ya təkliflərin bir hissəsi müzakirəsi aparılıb, lakin hələlik sülh müqaviləsinin yekun mətni yoxdur.

"Son təklif ay yarım əvvəl göndərilib. Ermənistan tərəfi cavab gözləyir. 17 maddədən 15-i razılaşdırılıb. Azərbaycan tərəfinin cavabını gözləyəcəyik. Biz əminik ki, qarşılıqlı qəbul olunan təkliflərlə çıxış etmişik və bu, yalnız müqavilənin yazılmasına deyil, həm də problemi tam həll etməyə imkan verəcək", – deyə Mirzoyan əlavə edib.

Mirzoyan əlavə edib ki, Türkiyə ilə də müəyyən razılaşmalar əldə edilib.

Onun sözlərinə görə, Qars-Gümrü dəmir yolu yalnız iki ölkə üçün deyil, həm də region üçün iqtisadi imkanlar yaradacaq və Azərbaycanla əlaqələrdə bu, sülhün təmin edilməsi üçün mühüm amil olacaq.

Musavat.com

Seçilən
11
13
musavat.com

10Mənbələr