AZ

25 il ərzində etibarlılığını itirməyən avtomobillər: İlk 10-luqda hansılardır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son 25 ildə ən etibarlı avtomobil adını hansı avtomobillər qazanıb?
Oxu.Az-ın məlumatına görə, "HotCars" portalının analitikləri 2000-2025-ci illəri əhatə edən araşdırma aparıblar və etibarlılıq baxımından lider olduqlarını sübut etmiş brendlərin adlarını çəkiblər.
Reytinq həm kiçik nöqsanlar, həm də ciddi problemlər də daxil olmaqla, bir çox amillər əsasında tərtib edilib. Uzunömürlülük, yığılma keyfiyyəti və servisə baş vurma tezliyi bu məsələdə əsas meyarlar olub.
Reytinqin liderləri və ilk 10-luğu isə aşağıdakı kimidir:
1. "Subaru" - 68 xal. "Subaru" avtomobilləri uzunömürlülük etalonu hesab olunur. Onların fərqləndirici xüsusiyyəti isə birinci yeri qazanmalarına səbəb olan yüksək yığılma keyfiyyətidir;
2. "Lexus" - 65 xal. "Lexus"un hibrid modelləri xüsusi diqqətə layiqdir, çünki onlar müstəsna etibarlılığı ilə seçilirlər;
3. "Toyota" - 62 xal. Bu brend "sarsılmaz" avtomobillərin nüfuzunu təsdiqləyərək, öz kateqoriyasında ən yaxşısı olub;
4. "Honda";
5. "Acura";
6. "Mazda";
7. "Audi";
8. BMW;
9. KIA;
10. "Hyundai".
Maraqlıdır ki, reytinqdə ilk altı yeri yapon brendləri tutub. Bu onların uzunmüddətli perspektivdə keyfiyyət və etibarlılıq üzrə liderliyini bir daha təsdiqləyir. Hətta onilliklər keçsə də, yapon avtomobilləri inam və sabitliyin simvolu olaraq qalır.
Seçilən
36
50
oxu.az

10Mənbələr