1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-də ekranı şaquli uzanan notbuk təqdim edilib, bu dünyada ilk belə texnologiyadır.
Oxu.Az-ın verdiyi məlumata görə, "ThinkBook Plus Gen 6 Rollable" adlandırılan seriya "CES 2025" sərgisində "Lenovo" şirkəti tərəfindən təqdim olunub.
Bildirilib ki, notbuk qatlanmış vəziyyətdə 14 düymlük ekrana malikdir. Onu yuxarıya doğru 16.7 düymə qədər uzatmaq mümkündür. Böyütmə xüsusi düymənin basılması və ya jest vasitəsilə həyata keçirilir.
Notbukun korpusunun qalınlığı 19.9 mm, çəkisi isə 1.7 kq təşkil edir.
Qeyd olunur ki, ekranın şaquli istiqaməti duruşu yaxşılaşdırır və uzunmüddətli iş zamanı gərginliyi azaldır.
İstehsalçının bildirdiyinə görə, mexanizm minimum 30 min qapaq açılıb-bağlanmasına və 20 min ekran böyüməsinə hesablanıb.
"ThinkBook Plus Gen 6 Rollable" 120 Hz yeniləmə tezliyi və 400 nit maksimal parlaqlığa malik OLED ekranla təchiz edilib, DCI-P3 rəng məkanını 100% əhatə edir.
Cihazın məhsuldarlığı yüksək performans və enerji səmərəliliyi, həmçinin "Copilot+PC" standartının dəstəyini təmin edən yeni "Intel Core Ultra" prosessorları ilə təmin edilir.
Yeni notbuk müxtəlif operativ yaddaş və daxili yaddaş konfiqurasiyalarında təklif olunacaq, həmçinin "Wi-Fi 7" və "Thunderbolt 4" modulu ilə təchiz ediləcək.
"Lenovo ThinkBook Plus Gen 6 Rollable" 2025-ci ilin birinci rübündə 3 499 dollardan (təxminən 5.9 min manat) başlayan qiymətlə satışa çıxarılacaq.