AZ

Ermənistan 102-ci baza ilə bağlı rəsmi mövqeyini AÇIQLADI

Rusiya hərbi bazasının (Gümrüdə yerləşən 102-ci hərbi baza - red.) Ermənistandan çıxarılması məsələsi hazırda gündəmdə deyil. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanən xarici işlər naziri Ararat Mirzoyan ilin yekunlarına dair mətbuat konfransında deyib. 

"Rusiya sərhədçiləri müvəqqəti olaraq yerləşdirilmişdi, onlar Ermənistan Respublikasına xidmət göstəriblər, o vaxta qədər ki, Ermənistan Respublikası bu xidmətləri və öz missiyasını həyata keçirə biləcək bütün lazımi qurumları və bacarıqları formalaşdıra bilsin. Biz Rusiya sərhəd xidmətinə təşəkkür etdik və dedik ki, “Zvartnots” beynəlxalq hava limanında bu məsələ ilə təkbaşına məşğul ola bilərik.

Bundan sonra Ermənistan ölkə ilə İran arasında fəaliyyət göstərən keçid məntəqəsinə də tam nəzarəti öz üzərinə götürüb. Bu, bir tərəfdən bizim imkanlarımızın formalaşmasından, digər tərəfdən isə yüksək etimad səviyyəsindən xəbər verir. 

Deyə bilərəm ki, Ermənistanla Türkiyə arasında aktiv açıq sərhəd olarsa, Ermənistanla Türkiyə arasında eyni etimad olarsa, biz bu məsələni də müzakirə edib nəzərdən keçirə bilərik", - deyə Mirzoyan bildirib.

Xatırladaq ki, Rusiya hərbi bazası Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşir. 20 avqust 2010-cu ildə Rusiya və Ermənistan müqavilənin müddətini 2044-cü ilə qədər uzadıb.

Ağarza Elçinoğlu 

Seçilən
4
50
unikal.az

10Mənbələr