Abutalıb Səmədov: "Prezident İlham Əliyev yerli kanallara müsahibəsində məcburən o məsələyə qayıtdı və rəsmi Tehrandan tələb etdi ki, Ərdəbil əyalətinin mollasını tənbeh etsin"
İran öz radar şəbəkəsindəki boşluğu doldurmaq adı altında Azərbaycan Respublikası ilə sərhədə yaxın ölan Gilan əyalətinin dağlarında yeni üfüqdən yuxarı radar (OTH) quraşdırıb.
Xəbəri SEPAH öz sosial şəbəkə hesablarında yayıb.
Over-the-horizon (OTH) radar (ZGRLS; İngiliscə Over-the-horizon radar, OTH) minlərlə kilometrə qədər (“üfüqdən kənar”) uzun məsafələrdə hava məkanını izləyən radar stansiyasıdır. Bu radarın sərhəddə quraşdırılması o deməkdir ki, İran bütün Azərbaycan ərazisində kəşfiyyat müşahidələri aparmağı qarşısına məqsəd qoyub. Görəsən İran nədən bu qərara gəlib, bu kəşfiyyat Tehranın nəyinə gərəkdir?
Baki-xeber.com saytının sualını cavablandıran politoloq Abutalıb Səmədov bildirdi ki, İranın Azərbaycan ərazilərini nəzarətə götürmək, orada kəşfiyyat işləri aparmaq meyilləri təsadüfi deyil: "Çox təəssüflər olsun ki, İran son onillikdə Azərbaycana qarşı qeyri-dost münasibətləri sərgiləyib. Azərbaycana düşmən kəsilən, ərazilərini işğal edən Ermənistana hər cür dəstək verib. 44 günlük ikinci Qarabağ müharibəsindən sonra bu iki dövlət arasında münasibətlər bir qədər də gərginləşib. Bunun səbəbi İran rəhbərlərinin sürdürdüyü yanlış siyasətdir. Azərbaycanla sərhəddə hərbi təlimlər keçirmək, əleyhinizə bəyanatlar vermək, Azərbaycan hakimiyyətini təhqir etmək, Azərbaycana müxtəlif böhtanlar atmaq, çox təəssüf ki, İran rəsmilərinin adi "məşğuliyyətinə" çevrilib. Bu günlərdə isə İranın dini rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi - cümə məscidinin imamı Həsən Amilinin rəsmi tədbirdə çıxış edərək, Azərbaycan və Turkiyə prezidentlərini təhqir etməsi, dövlətimizə qarşı təhqirlər səsləndirməsi və buna cavab olaraq Azərbaycan XİN-in etirazi, çox təəssüf ki, İran tərəfindən adekvat qarşılanmadı. Prezident İlham Əliyev yerli kanallara müsahibəsində məcburən o məsələyə qayıtdı və rəsmi Tehrandan tələb etdi ki, Ərdəbil əyalətinin mollasını tənbeh etsin. Çünki onu bu vəzifəyə Ali dini rəhbər təyin edib. O isə Ali dini rəhbərin numayəndəsi kimi çıxışında qonşu dövlətlərin rəhbərlərini təhqir edib. Bunun qarşılığında İran rəhbərliyi yalnız təəssüfləndiyini bildirir. Bu cür rəsmi şəxslər mütləq cəzalandırılmalıdır ki, İran-Azərbaycan münasibətlərinə zərbə vurmaqda davam edə bilməsinlər".
Siyasi şərhci onu da qeyd etdi ki, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi həm bizi, həm Türkiyəni, həm də Rusiyanı ciddi narahat edir: "Çox təəssüf ki, İran Zəngəzur dəhlizinə qarsı açıq şəkildə çıxış edə bilmədiyinə görə tələb edir ki, dəhliz Ermənistanın suverenliyi əsasında və onun nəzarətində açıla bilər. Halbuki, üçtərəfli 10 noyabr bəyanatına görə, dəhlizə Rusiya sərhədçiləri nəzarət etməludir. Təəssüflər olsun ki, bu mövqeyini qəbul etdirmək üçün İran, hətta üç dövləti - Rusiya, Türkiyə və Azərbaycanı müharibə ilə hədələməkdən də çəkinmir. Eyni zamanda, İran qonşu dövlətlərı, o cümlədən də Ermənistanın ərazi bütövlüyünu öz "qırmızı xətti" elan edir. Amma nədənsə, qonşu və qardaş dövlət olan Azərbaycanın torpaqları 30 il Ermənistanın işğalında olanda belə bir "qırmızı xətt" elan edilmədi. Bu dövrdə müsəlman qardaşlarının ərazi bütövlüyünu bərpa etmək üçün İran nəinki əlini ağdan-qaraya vurmadı, əksinə, Ermənistana öz hərtərəfli yardımı ilə nəfəslik rolu oynadı.
İran iddia edir ki, Azərbaycanda İsrailin kəşfiyyat mərkəzi var, guya biz onlara bu istiqamətdə yardım göstəririk. Amma yalnız iddialar ortaya atılır, sübut isə göstərilmir. İranın bu münasibətini görəndən sonra onun sərhəddə radar sistemləri quraşdırması və Azərbaycan ərazisinə nəzarət etməsinə çalışmasında qeyri-adi heç nə yoxdur. Təəssüf ki, İran Azərbaycana münasibətdə dost dövlət kimi davranmır. Bunun kökündə isə Azərbaycanın yürütdüyü müstəqil siyasət dayanır. İran Azərbaycanın yürütdüyü müstəil siyasəti qəbul etmir və davranışları da onu göstərir ki, bundan sonra da qəbul etməyəcək. Azərbaycan da onun qeyri-dost münasibətlərinə adekvat cavab vermək məcburiyyətindədir və həmişə də bu cavabı verib. İran Ermənistanın təhlükəsizliyini təmin etmək adi altında bizimlə sərhəddə hərbi təlim keçirəndə Azərbaycan da cavab olaraq, İranla sərhəddə hərbi təlimlər keçirdi və açıq şəkildə bildirdi ki, rəzmi Tehranın hədələri heç bir nəticə verməyəcək.
Münasibətlərin bu cür kəskimləşməsindən hər iki tərəf itirəcək, amma daha cox itirən İran olacaq.
Hakimiyyətinin son günlərində İbrahim Rəisi Azərbaycan prezidenti ilə görüşdü və "bizim münasibətlərimizə heç kim xələl gətirə bilməz",- dedi. Görünür, o anlayırdı ki, münasibətlərin pozulması İranın maraqlarına cavab vermir. Amma çox təəssüf ki, həmin bəyanatı reallığa çevirmək İbrahim Rəisiyə qismət olmadı və elə həmin gün də helikopter qəzasında həlak oldu. Yeni prezident çöx böyük ümidlər vəd etsə də, hələ kı, onun bu istıqamətdə konkret addımları müşahidə edilmir. Nə qədər ki, Azərbaycana düşmən münasibət göstərən rəsmi şəxslər cəzalandırılmayacaq, Azərbaycanla İran arasında münasibətlər gərginləşməkdə davam edəcək. Bundan da daha çox zərər çəkən İran özü ölacaq.
Ümid edək ki, onlar bu reallığı dərk edib, münasıbətlərin düzəlməsi istıqamətındə zərurı addımlar atacaqlar.
Hələlik İran Azərbaycanın dərınliklərinı nəzarətə götürmək istəyir, ölkədə gedən prosesləri daha yaxından ızləmək istəyir. Bunun da kökündə Azərbaycana qarşı İranın qeyri-dost münasibəti dayanır".
Dəniz NƏSİRLİ