1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qırğızıstanın tanınmış informasiya vasitəsi olan "turktoday.info" portalı Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibənin tam mətnini dərc edib.
Oxu.Az bildirir ki, AZƏRTAC-da yayımlanan xəbərlərdən istifadə edən "turktoday.info" informasiya agentliyinin materialında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə görüşlərin əhəmiyyətindən bəhs olunub. Materialda Azərbaycan Prezidentinin çıxışından sitata yer verilib: "Bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır".
Daha sonra agentliyin dərc etdiyi yazıda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqların növbəti raundunun yanvarda baş tuta biləcəyi qeyd edilib.
Məqalədə həm də sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin Azərbaycan və Ermənistan arasında gələcək sülh müqaviləsinin tərkib hissəsi olduğu vurğulanıb. Rəsmi Bakı və İrəvanın 2022-ci ildən etibarən gələcək sülh müqaviləsinin bir hissəsi kimi öz sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsini müzakirə etməyə başladığı xatırladılıb.