1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin Ərdahan vilayətində qarla örtülmüş ərazidə irəliləyən canavar sürüsü cib telefonu ilə çəkilib.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, Ərdahanın Akyaka kəndinin yaxınlığından keçən canavar sürüsünü Vedat Özgür adlı kənd sakini öz cib telefonu ilə lentə alıb. Görüntülərdə canavarların yolun kənarında heyvan leşləri ilə qidalandığı kadrlar əks olunub.
Sürü bir müddət qidalandıqdan sonra dağlıq əraziyə doğru hərəkət edərək gözdən itib.