AZ

KİV: "Zelenski ikinci müddətə prezident olmaq istəyir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Prezidenti Volodimir Zelenski ikinci dəfə dövlər başçısı postuna namizəd olmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın "Teleqraf" nəşri Zelenskiyə yaxın mənbələrə istinadən məlumat yayıb.
Hələlik bu məlumat rəsmi olaraq təsdiq və ya təkzib olunmayıb.
"İkinci müddətlə bağlı qərar qəbul edilib, 52% etimad səviyyəsi ilə Zelenskinin hələ də prezident seçkisində qalib gəlmək şansı var", - deyə mənbə bildirib. Teleqraf vurğulayır ki, hazırda Zelenskinin əsas rəqibi olan Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıdır. Nəşrin yazdığına görə, Zalujnı hələ siyasi gələcəyi ilə bağlı yekun qərar verməyib.
Seçilən
24
9
oxu.az

10Mənbələr