AZ

"Zelenski ikinci müddətə prezident olmaq istəyir" - KİV

Ukrayna Prezidenti Volodimir Zelenski ikinci dəfə dövlət başçısı postuna namizəd olmaq qərarına gəlib. SİA xəbər verir ki, bu barədə Ukraynanın “Teleqraf” nəşri Zelenskiyə yaxın mənbələrə istinadən məlumat yayıb. “İkinci müddətlə bağlı qərar qəbul edilib, 52% etimad səviyyəsi ilə Zelenskinin hələ də prezident seçkisində qalib gəlmək şansı var”, - deyə mənbə bildirib. Nəşr vurğulayır ki, hazırda Zelenskinin əsas rəqibi Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıdır. O da bildirilib ki, Zalujnı hələ siyasi gələcəyi ilə bağlı yekun qərar verməyib. Bundan əvvəl isə Zelenski yenidən prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı hələlik dəqiq cavab verməyə hazır olmadığını bildirmişdi. Ukrayna KİV-lərinin məlumatına görə, Ukraynada növbəti prezident seçkiləri mayın 25-nə təyin edilib. Xatırladaq ki, Zelenski 2019-cu il mayın 20-dən Ukraynanın prezidentidir.

Seçilən
3
4
sia.az

10Mənbələr