AZ

Türkiyədən Qırğızıstana kimyəvi maddə ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyədən Qırğızıstana kimyəvi maddə ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 43 faiz artaraq, 89 milyon 703 min 14 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Qırğızıstana 7 milyon 889 min 22 dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 72,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı 2023-cü ilin ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 30 milyard 785 milyon 242 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 2 milyard 658 milyon 128 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 1,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 30 milyard 785 milyon 242 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Seçilən
1
29
turkic.world

10Mənbələr