Bakı. Trend:
2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Çinə hazır geyimixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz artaraq,552 milyon 309 min 21 dollara bərabər olub.
Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.
“2024-cü ilin dekabr ayında Türkiyə Çinə 50 milyon 120 min 3dollar məbləğində hazır geyim ixrac edib ki, bu da 2023-cü ilindekabr ayı ilə müqayisədə 39,7 faiz çoxdur.” – deyə nazirlikdənbildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyəninhazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə6,9 faiz azalaraq, 17 milyard 920 milyon 376 dollara bərabərolub.
“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 262 milyon 830dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da2023-cü ilin dekabr ayı ilə müqayisədə 12,9 faiz azalıb” – deyənazirlikdən bildirilib.
Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr2023-dekabr 2024) Türkiyə 17 milyard 920 milyon 376 dollarməbləğində hazır geyim məhsulları ixrac edib.