Kreml Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyünün onun suveren hüququ olduğunu, lakin eyni anda iki müxtəlif beynəlxalq təşkilatın (Aİ və Aİİ) üzvü olmasının mümkün olmadığını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Ermənistanın Aİ-yə üzvlüyü nə deməkdir? İndi bunu söyləmək çətindir, çünki iki fərqli təşkilatın üzvü olmaq təbii ki, hipotetik olaraq mümkün deyil", - Rusiya Peskov jurnalistlərə deyib.
O, Moskvanın Ermənistanın Aİ -yə üzvlük məsələsində mövqeyi ilə bağlı sualı cavablandırarkən deyib: "Bu, Ermənistanın suveren hüququdur. Lakin biz bilirik ki, Aİİ-yə üzvlük faydalıdır".
Ağarza Elçinoğlu