1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Ermənistan eyni zamanda həm Avropa İttifaqında (Aİ), həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) ola bilməz".
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Nəzəri olaraq düşünsək, iki fərqli təşkilatın üzvü olmaq sadəcə mümkün deyil. Burada bir gömrük məkanı var, malların və xidmətlərin, insanların və kapitalın sərbəst hərəkəti üçün bir zona var, orada isə başqa normalardır", - deyə Kreml nümayəndəsi bildirib.
Peskov əlavə edib ki, Ermənistanın Aİ-yə daxil olmaq təşəbbüsünə Brüsselin reaksiyasını gözləmək lazımdır.
"Bilirik ki, üzvlük proseslərini Avropa İttifaqı başladır. Burada Aİ-nin bu məsələyə münasibətinin nə olduğunu anlamaq lazımdır", - deyə Kreml nümayəndəsi qeyd edib.