AZ

Ermənistan ehtiyatda olanları orduya çağırır

Ermənistanda 2025-ci il fevralın 4-dən aprelin 18-dək ehtiyatda olan hərbçilərin təlimləri keçiriləcək.
ONN media xəbər verir ki, müvafiq qərar yanvarın 9-da Ermənistan hökumətinin iclasında qəbul edilib.
Hazırda təlim-məşq toplanışının məqsədləri, iştirak edən ehtiyatda olan hərbçilərin tərkibi, ümumi sayı, ixtisaslar müəyyənləşdirilir.
Bildirilib ki, elan edilmiş təlim-məşq toplanışlarına hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə cəlb edilməlidir.

ONN İnformasiya Agentliyi
Seçilən
1
13
onn.az

10Mənbələr