AZ

Ermənistanda ehtiyatda olan hərbçilərin təlimləri keçiriləcək

Ermənistanda 2025-ci il fevralın 4-dən aprelin 18-dək ehtiyatda olan hərbçilərin təlimləri keçiriləcək. Müvafiq qərar yanvarın 9-da Ermənistan hökumətinin iclasında qəbul edilib.

Herbiand.az bu barədə erməni mətbuatına istinadən bildirir.

Hazırda təlim-məşq toplanışının məqsədləri, iştirak edəcək ehtiyatda olan hərbçilərin tərkibi, ümumi sayı, ixtisaslar müəyyənləşdirilir.

Elan edilmiş təlim-məşq toplanışlarına hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə cəlb edilməlidir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
2
13
herbiand.az

10Mənbələr