Ermənistanda 2025-ci il fevralın 4-dən aprelin 18-dək ehtiyatda olan hərbçilərin təlimləri keçiriləcək. Müvafiq qərar yanvarın 9-da Ermənistan hökumətinin iclasında qəbul edilib.
Herbiand.az bu barədə erməni mətbuatına istinadən bildirir.
Hazırda təlim-məşq toplanışının məqsədləri, iştirak edəcək ehtiyatda olan hərbçilərin tərkibi, ümumi sayı, ixtisaslar müəyyənləşdirilir.
Elan edilmiş təlim-məşq toplanışlarına hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə cəlb edilməlidir.
Bəxtiyar CƏFƏRLİ