Lənkəran-Astara Regional Təhsil İdarəsində 18 əməkdaşı işdən çıxarılıb.
Paytaxt.org-un məlumatına görə, buna səbəb qurumda fəaliyyət göstərən metodiki kabinetin bağlanması olub.
Bildirilib ki, metodiki kabinet bağlanmasına görə Lənkəran, Lerik, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarının hər birindən metodist, kargüzarlar olmaqla 3 əməkdaş işdən çıxarılıb.
Qeyd olunub ki, çıxarılan şəxslərin yerinə isə başqa rayonlardan şəxslər gətiriblər. Kollec məzunu olanları isə fəhlə, texniki işçi adı ilə işdə saxlayıblar.Oxu.az