AZ

Təhsil İdarəsinin 18 əməkdaşı işdən çıxarılıb? – Rəsmi AÇIQLAMA

Mediada Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən çoxsaylı əməkdaşın işdən azad olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq İdarədən məlumat verilib.

Bildirilib ki, 2025-ci ildən etibarən Regional təhsil idarəsinin strukturunda müvafiq dəyişiklik edilib.

“Bununla əlaqədar olaraq, Metodiki kabinetlərdə çalışan metodistlər razılıqları əsasında ümumi təhsil müəssisələrində müvafiq vəzifələrə yerləşdirilib.

Eyni zamanda metodiki kabinetdə texniki vəzifələrdə çalışan işçilər isə idarədə vəzifə maaşı eyni olan digər texniki işçi vəzifələrinə keçirilib”, – açıqlamada qeyd olunub.

Qeyd edək ki, ümumilikdə 48 əməkdaşın 46-nın işlə təminatı prosesi artıq həyata keçirilib.

***

17:26

Lənkəran-Astara Regional Təhsil İdarəsində 18 əməkdaşı işdən çıxarılıb.

NOCOMMENT.az “oxu.az”a istinadən məlumat verir ki, buna səbəb qurumda fəaliyyət göstərən metodiki kabinetin bağlanması olub.

Bildirilib ki, metodiki kabinet bağlanmasına görə Lənkəran, Lerik, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarının hər birindən metodist, kargüzarlar olmaqla 3 əməkdaş işdən çıxarılıb.

Qeyd olunub ki, çıxarılan şəxslərin yerinə isə başqa rayonlardan şəxslər gətiriblər. Kollec məzunu olanları isə fəhlə, texniki işçi adı ilə işdə saxlayıblar.

Seçilən
6
1
nocomment.az

10Mənbələr