AZ

Qubada itin hücum etdiyi 5 yaşlı Məhəmmədin son durumu - FOTOLAR

Yanvarın 7-si müxtəlif saatlarda Quba rayonu ərazisində 3 nəfəri it dişləyib.

Avtosfer.az-ın məlumatına görə, it hücumuna məruz qalanlardan biri də 2018-ci il təvəllüdlü Məhəmməd Məhəmmədov olub.

Küsnətqazma kənd sakini 5 yaşlı Məhəmməd Məhəmmədovun anası Natəvan Məmmədova bildirib ki, hazırda onun vəziyyəti normaldır.

“Həkimlərin sözlərinə görə, oğlumun üzündəki şiş çəkilən kimi cərrahi əməliyyat olunacaq. Hələ ki həkimlər şişkinliyin yatmasını, quduzluğa qarşı müalicənin bitməsini gözləyirlər. Artıq 2 dəfə iynə vurulub. Bundan sonra da 6-7-si vurulmalıdır ki, uşaq sağalsın. Həkimlər bildirirlər ki, uşağı qapan iti müalicə bitənədək zərərsizləşdirmək olmaz”.

Qubada

Qubada

Qubada

Mənbə: “Shimal.News”

Seçilən
4
1
avtosfer.az

10Mənbələr