İspaniya Superkubokunun yarıfinalında "Real Madrid" "Malyorka" ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, "kral klubu" rəqibinin qapısından 3 cavabsız qol keçirib.
Oyunda hesab Cud Bellinqamın qolu ilə 63-cü dəqiqədə açılıb. Əsas vaxta əlavə edilmiş ikinci dəqiqədə əvvəlcə Martin Valiyent avtoqol müəllifi olub. Ardınca 5-ci dəqiqədə isə Rodriqo 3-cü topu "Malyorka"nın qapısından keçirib.
Beləliklə "Real" finala yüksəlib. Kubok üçün yekun mübarizədə paytaxt klubu "Barselona" ilə üz-üzə gələcək.