AZ

"Real" finalda "Barselona"ya rəqib oldu

style='margin-bottom:10px;'>

Bu gün İspaniya Superkubokunda ikinci finalçının da adına aydınlıq gəlib.

QOL.az xəbər verir ki, növbəti yarımfinal görüşündə "Real" "Malyorka" ilə qarşılaşıb. Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "King Abdullah Sports Siti" stadionunda keçirilib. Madrid təmsilçisi bu oyunda böyükhesablı qələbə qazanaraq finala adlayıb.

"Kral klubu"nun qollarından 2-si əlavə olunmuş dəqiqələrdə vurulub.

"Real" Superkubokun finalında "Barselona" ilə üz-üzə gələcək. "El-Klassiko" yanvarın 12-də keçiriləcək.

İspaniya Superkuboku, yarımfinal

"Real" - "Mayorka" - 3:0

Qollar: Bellinqem, 63, Valient, 90+3, Rodriqo, 90+5.

"King Abdullah Sports Siti".

Seçilən
1
2
teleqraf.com

10Mənbələr