AZ

Balakəndə məktəbli qız intihar edib

Balakəndə 9-cu sinif şagirdi özünü asıb.

 

APA-nın məlumatına görə, hadisə rayonun Gərəkli kəndinin Poçtbinə yaşayış məntəqəsində baş verib.

 

Kənd sakini, 2010-cu il təvəllüdlü Elina Müşviq qızı Balayevanın meyiti yaşadığı evin həyatyanı sahəsindəki mal tövləsində asılı vəziyyətdə aşkar olunub. İlkin araşdırma zamanı E. Balayevanın intihar etdiyi məlum olub.

 

E. Balayevanın Balakən şəhəri, Nizami adına tam orta məktəbin 9-cu sinif şagirdi olduğu bildirilir.

 

Faktla bağlı Balakən Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Seçilən
19
17
senzor.az

10Mənbələr