AZ

Balakəndə yeniyetmə qız intihar etdi

Balakəndə 9-cu sinif şagirdi özünü asıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Gərəkli kəndinin Poçtbinə yaşayış məntəqəsində baş verib.

Kənd sakini 2010-cu il təvəllüdlü Elina Müşfiq qızı Balayevanın meyiti yaşadığı evin həyatyanı sahəsindəki mal tövləsində asılı vəziyyətdə aşkar olunub. İlkin araşdırma zamanı E.Balayevanın intihar etdiyi məlum olub.

E.Balayevanın Balakən şəhəri Nizami adına tam orta məktəbinin 9-cu sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı Balakən Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.


Müəllif: Teleqraf.com
Seçilən
16
17
teleqraf.com

10Mənbələr