Emma Lynn Dowd adlı şəxs həm qadın həm də kişi cinsiyyət orqanları ilə necə doğulduğuna dair inanılmaz hekayəni paylaşıb.
Referans.az xarici mətbuata istinadən xəbər verir ki, yeniyetmə ikən o, əslində oğlan olmadığını başa düşüb.
Sinəsi böyüyən Emmanın hormonlarında da dəyişiklik olduğu anlaşılıb.
O, 18 yaşında hermafrodit olduğunu öyrənib - yəni, onun bədənində həm yumurtalıq, həm də testis toxuması var.
Artıq yetkin bir qadın olan 44 yaşlı Emma valideynlərinin onu niyə oğlan kimi böyütməyi seçdiyini anlamadığını deyib.
Amma bunun onun üçün əslində heç bir əhəmiyyəti olmadığını da vurğulayıb.
Emma hətta bunun faydaları olduğunu bildirib:
"Əgər bu təcrübəm olmasaydı, həyatı bir insanın gözü ilə görərdim ".