AZ

“Grand-Agro Invitro” MMC-nin rəhbərinə KTN-də vəzifə verilib

“Grand-Agro

Kənd Təsərrüaftı Nazirliyinin tabeliyində olan Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin yeni direktoru təyin edilib.

Reyting.az
Banker.az-a istinadla xəbər verir ki, Taleh Zeynalov bu vəzifəyə təyin edilib. O, buna qədər “Grand-Agro Invitro” MMC-nin rəhbəri olub.

Qeyd edək ki, Taleh Zeynalov kənd təsərrüfatı naziri Məcnun Məmmədovun kadırlarından biridir. Belə ki, 14 aprel 2023-cü il tarixdən Prezidentin sərəncamı ilə kənd təsərrüfatı naziri təyin edilən Məcnun Məmmədov son illərdə “Agro Food Investments” MMC-nin rəhbərliyində çalışıb, hansı ki, “Grand-Agro” MMC və “Grand-Agro Invitro” MMC adıçəkilən şirkətin kurasyasındadır.

Taleh Zeynalov 2017-2018-ci ildə “PMD Group” MMC-nin, “Agro Food Investments” MMC və son 6 ilini isə “Grand-Agro Invitro” MMC-nin rəhbərliyində çalışıb.
Seçilən
360
50
reyting.az

10Mənbələr