AZ

Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Sevda Məmmədova - Həkimlərimizi tanıyaq!

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışında Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Sevda Məmmədovadan bəhs edəcəyik.
 
O, 1955-ci ildə Qazax rayonunda anadan olub. 1972-1978-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.
 
Sevda Məmmədova 1980-1982-ci illərdə Qazax Rayon TTTYS-da həkim işləyib. 1982-2012-ci illərdə Qazax RMX-nın Poliklinikasında həkim-endokrinoloq, 2012-2017-ci illərdə Qazax RMX-nın Poliklinika şöbəsinin müdiri, 2017-2019-cu illərdə Qazax RMX-nın baş həkim əvəzi vəzifələrində çalışıb. 2019-cu ildən Qazax Rayon Mərkəzi Xəstəxanasının direktorudur.
 
Qeyd edək ki, Sevda Məmmədova COVID-19 pandemiyasının yayıldığı dövrdə də direktor vəzifəsini icra edib. Qazax rayonu koronavirus infeksiyasından vəfat edənlərin sayının azlığı ilə də fərqlənib. Peyvəndləmə prosesində isə respublikada ən aktiv 3 rayondan biri olub. Qazax Rayon Mərkəzi Xəstəxanası 44 günlük Vətən müharibəsində hərbi hospitala çevrilib, Qarabağ uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərimizə xəstəxana kollektivi tərəfindən tibbi protokollara uyğun formada yüksək xidmət göstərilib.
 
Bu gün də Qazax Rayon Mərkəzi Xəstəxanasında bütün vətəndaşlar, həmçinin qazilər, şəhid ailələri, həssas qruplar keyfiyyətli və əlçatan tibbi yardımla təmin olunurlar.
phrase_var_article.chosen
349
50
aztibb.az

10phrase_var_article.sources