AZ

Qlobal Bakı Forumunun əhatə dairəsi genişlənir – Məlahət İbrahimqızı

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis olunub. Mərkəz artıq qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm təsisat kimi çıxış edir. Bu baxımdan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu bu gün vacib məsələlərin müzakirə edildiyi platforma kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, martın 13-15-də Azərbaycanın paytaxtında XII Qlobal Bakı Forumunda dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib: “Artıq Mərkəzin təşkil etdiyi tədbirlərə maraq böyükdür. Azərbaycanın ev sahibliyi ilə keçirilən qlobal tədbirlər və onun iştirakçılarının sayının artması ölkəmizə olan münasibətin göstəricisidir. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadimin iştirakı onun əhatə dairəsinin hər il daha da böyüdüyünü təzahür etdirir”.

Deputat bildirib ki, XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib məsələlər müzakirə edilib: “Forumu sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verir. Dünya liderləri, nüfuzlu ekspertlər və beynəlxalq təşkilatları bir araya gələrək, qlobal çağırışlara qarşı birgə həll yollarının axtarılması olduqca önəmlidir. Bu baxımdan da ildən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunda müzakirə edilən mövzuların əhatə dairəsi də genişlənir”.

Məlahət İbrahimqızı cənab Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunda çıxışında vacib mesajlar verdiyini vurğulayıb: “Azərbaycanın sülh gündəliyi, regional və qlobal mjiqyasda olan çağırışları diqqətə çatdırılıb. Ölkəmizin sülh və əməkdaşlıq üçün ortaya qoyduğu mövqeninin beynəlxalq hüquqa əsaslandığı qeyd edilib. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanın sülhə və təhlükəsizliyə verdiyi töhfədən bəhs edilib. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə, ərazi bütövlüyü və suverenliyimizin bərpası Azərbaycanın regional və qlobal miqyasda birləşdirici mövqeyi önə çəkilib. Bütün bunlar isə Prezident İlham Əliyevin qətiyyətli liderliyi, etibarlı siyasəti nəticəsində mümkün olub”.

Seçilən
13
1
yenigundem.az

2Mənbələr