AZ

Qlobal Bakı Forumu vacib məsələlərin müzakirə olunduğu platformaya çevrilib – Sevinc Hüseynova

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda mühüm müzakirələr aparılıb. Martın 13-15-də Azərbaycanın paytaxtında XII Qlobal Bakı Forumunda dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Bunu açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib: “Bu gün Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm təsisata çevrilib. Bu mənada Mərkəzin təşkil etdiyi tədbirlərə maraq böyükdür. Azərbaycanın ev sahibliyi ilə keçirilən qlobal tədbirlər və onun iştirakçıalrının sayının artması ölkəmizə olan diqqətin bariz nümunəsidir”.

Deputat bildirib ki, “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadimin iştirakı onun coğrafiyasının daha da genişləndiyini göstərir: “XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunub. Sözsüz ki, Bakı Qlobal Forumu sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verməyi hədəfləyib. Forum dünya liderlərini, nüfuzlu ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirərək, qlobal çağırışlara qarşı birgə həll yollarının axtarılması istiqamətində vacib platformalardan biridir. İldən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənməkdədir. Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunda çıxışında bu gün regional və qlobal miqyasda olan çağırışlar, Azərbaycan sülh gündəliyi, ölkəmizin ortaya qoymuş olduğu mövqe Forum iştirakçılarının diqqətinə çatdırılıb. Ölkəmizin başçısı sülh və əməkdaşlıq üçün yaxşı imkanların olduğunu, bunun üçün ikili standartlara, ayrıseçkiliyə son qoyulmasının vacibliyini önə çəkib. Vurğulanıb ki, Azərbaycan bu gün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə zəmanət verir. Ortaya qoyulan birməınalı mövqe regional inkişafa və qlobal çağırışıların həyata keçirilməsinə hesablanıb”.

Sevinc Hüseynova vurğulayıb ki, ölkəmizdə mövcud olan siyasi-ictimai sabitlik, dinamik iqtisadi inkişaf, uğurlu xarici siyasət və sosial rifah səviyyəsi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir: “Bu gün Azərbaycanın nüfuzu artmaqla yanaşı, ölkəmizin qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platforması kimi vacib qlobal layihələrin ev sahibi kimi çıxış etməsi onun güclənən nüfuzundan xəbər verir. Sözsüz ki, Forumun Bakıda keçirilməsi, Azərbaycanın strateji rolu və beynəlxalq arenadakı mövqeyininin açıq təzahürüdür. Bu bir reallıqdır ki, Bakı Forumu artıq beynəlxalq ictimaiyyəti maraqlandıran məsələlərin həlli yollarını araşdıran və bu istiqamətdə müzakirələr apara bilən müstəqil beynəlxalq platforma kimi çıxış edir”.

Təftiş Komissiyasının sədri Azərbaycanın regionda mühüm söz sahibi kimi  beynəlxalq əməkdaşlığın güclənməsinə vermiş olduğu vacib önəmə diqqət çəkib: “2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə, ərazi bütövlüyü və suverenliyimizin bərpası Azərbaycanın regional və qlobal miqyasda roluna və mövqeyinə ciddi təsir edib. Məhz bunun nəticəsidir ki, Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas faktora çevrilib. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, etibarlı siyasəti və yaradılan əlverişli mühit Azərbaycanın beynəlxalq nüfuzunun və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarının artmasına zəmin yaradır”.

Seçilən
19
1
yenigundem.az

2Mənbələr