AZ

Çində varis planı hazırlanıb – Cinpin hakimiyyəti kimə ötürməyə hazırlaşır?

Si Cinpin Çini dəmir əllə idarə edir. O, eyni zamanda varis barədə də düşünmək məcburiyyətindədir. Bu arada Baş nazir Li Çianın səlahiyyətlərinin artırılması beynəlxalq medianın diqqətini çəkib. Li Çian Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvüdür. Li Çian Çin Kommunist Partiyasına 1983-cü ildə üzv olub. O, Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının bu ilin martın 11-də keçirilən sessiyasında Çin Xalq Respublikasının Baş naziri vəzifəsinə təyin olunub.

Si Cinpinin təlimatıyla Li Çian Mərkəzi Maliyyə Komissiyasına da rəhbər təyin olunub. Ondan əvvəlki baş nazirlərin bu səlahiyyəti yox idi. Bəzi ekspertlər bunu Çin iqtisadiyyatındakı ağır durumla izah ediblər. Çinin daşınmaz əmlak bazarında vəziyyət mürəkkəbdir. Tikinti şirkətləri aldıqları kreditləri qaytara bilmirlər, ölkədə borclanma artıb. Çinin maliyyə sabitliyini geri qaytarmağa və korrupsiya ilə mübarizəni gücləndirməyə ehtiyacı var. Digər ekspertlər isə Si Cinpinin Li Çianı öz yerinə hazırladığı versiyasını irəli sürüblər. Digər tərəfdən mümkündür ki, Si Cinpin hakimiyyətin bir hissəsini və məsuliyyəti Baş nazirlə bölüşmək istəyir. Si Cinpin Li Çianın səlahiyyətlərini artırmaqla gələcəkdə hakimiyyət uğrunda mübarizəyə hazırlaşan partiyadaxili qüvvələrə mesaj göndərmiş olur.

Seçilən
454
33
azpolitika.info

10Mənbələr