“Svord-A.A Services” MMC-yə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır. Baxış iclası dekabrın 27-də keçiriləcək.
Qeyd: Şirkət bir neçə tenderin qalibi olub. Bunlardan bəzilərini təqdim edirik: "Qaradağ Tibb Mərkəzi” 27 min 621, "Kliniki Tibb Mərkəz” – 21 264, 78, Qazax Rayon Mərkəzi Xəstəxanası – 7 200, "Sanator-Kurort Reabilitasiya Mərkəzi” – 13 027, 2, "Uşaq və Yeniyetmələr üçüm Vərəm Sanatoriyası” – 7 200 manat. MMC ötən ilin mayında MİDA-nın 600 000 manatlıq tenderinin qalibi olub.
Xəyal Quliyev