AZ

“Türk yapı sənaye”yə yazılan protokola baxılacaq tarix açıqlandı

“Türk yapı sənaye” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, baxış iclası dekabrın 29-da Goranboy Rayon Məhkəməsinin hakimi Taleh Mustafayevin sədrliyi ilə keçiriləcək.

 

Qeyd: MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Xəyal Quliyev

Tarix: 21 Dekabr 2023, 08:30   
Seçilən
485
12
pravda.az

10Mənbələr