AZ

Bakı ilə bu şəhər arasında yeni aviareys açılır

Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti yanvarın 13-dən Yekaterinburq və Bakı arasında birbaşa uçuşlara başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı ilə Yekaterinburq arasında birbaşa uçuşlar həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Hazırda Yekaterinburqdan Bakıya üç aviadaşıyıcı – Azərbaycan Hava Yolları QSC (AZAL) və Rusiyanın “Red Winds” və “İrAero” aviaşirkətləri uçur.

Həmçinin yanvar ayından etibarən “Ural Hava Yolları” Rusiyanın paytaxtı və Yekaterinburqdan İstanbula birbaşa uçuşlar həyata keçirəcək.

Seçilən
64
14
axar.az

10Mənbələr