Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti yanvarın 13-dən Yekaterinburq və Bakı arasında birbaşa uçuşlara başlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı ilə Yekaterinburq arasında birbaşa uçuşlar həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Hazırda Yekaterinburqdan Bakıya üç aviadaşıyıcı – Azərbaycan Hava Yolları QSC (AZAL) və Rusiyanın “Red Winds” və “İrAero” aviaşirkətləri uçur.
Həmçinin yanvar ayından etibarən “Ural Hava Yolları” Rusiyanın paytaxtı və Yekaterinburqdan İstanbula birbaşa uçuşlar həyata keçirəcək.
Müəllif: Teleqraf.com