AZ

“Qaçqınkom” məhkəmə qarşısında - Qurum barəsində inzibati protokol tərtib olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Qaçqınkom) məhkəməyə verilib. 


Qaynarinfo xəbər verir ki, "Qaçqınkom” İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsində nəzərdə tutulan inzibati xəta törətməkdə ittiham olunur. 


İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib və hakim Rauf Daşdəmirovun icraatında verilib. 


Məhkəmə prosesinin vaxtı barədə məlumat yoxdur. 


347-ci maddədə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.


"Qaçqınkom”un sədri Rövşən Rzayevdir. O, 2018-ci ildən bu vəzfifədədir. 


Seyid

Seçilən
640
19
yenimedia.az

10Mənbələr