Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, Konfederasiya İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib və hakim Rauf Daşdəmirovun icraatına verilib.
347-ci maddəyə əsasən, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Hüseyn