Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023-cü ilin ən yaxşı komandası ötən mövsümün çempionu və cari çempionatın lideri “Qarabağ”dır.
Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 2023-cü ilə bir neçə gün öncə keçirilmiş 2023/2024 mövsümünün 18-ci turunun oyunları ilə yekun vurulub.
2022/2023 mövsümünün ikinci, 2023/2024 mövsümünün ilk yarısında ümumilikdə 180 oyun keçirilib. Bu müddətdə 11 komanda Premyer Liqada mübarizə aparıb. “Şamaxı” ötən, “Araz-Naxçıvan” isə cari çempionatda 18 görüşə çıxıblar. Digər komandalar 36 qarşılaşmada iştirak ediblər.
İlin ən yaxşı komandası “Qarabağ”dır. Ötən mövsümün çempionu və cari çempionatın lideri il ərzində hamıdan çox – 25 qələbə qazanıb, hamıdan çox – 88 qol vurub və 81 xalla ən yaxın izləyicilərini 21 xal qabaqlayır.
“Sabah” il ərzində topladığı 60 xalla ikincidir. “Neftçi” isə üçüncü sırada qərarlaşıb.
Qeyd edək ki, 180 görüşdə qapılara 469 qol vurulub.
1 | Qarabağ | 36 | 25 | 6 | 5 | 88-31 | 81 |
2 | Sabah | 36 | 18 | 6 | 12 | 60-33 | 60 |
3 | Neftçi | 36 | 16 | 10 | 10 | 49-36 | 58 |
4 | Zirə | 36 | 13 | 12 | 11 | 38-32 | 51 |
5 | Sumqayıt | 36 | 13 | 7 | 16 | 35-63 | 46 |
6 | Səbail | 36 | 12 | 9 | 15 | 45-59 | 45 |
7 | Turan Tovuz | 36 | 12 | 8 | 16 | 54-55 | 44 |
8 | Qəbələ | 36 | 10 | 9 | 17 | 39-61 | 39 |
9 | Kəpəz | 36 | 7 | 12 | 17 | 29-56 | 33 |
10 | Araz-Naxçıvan | 18 | 7 | 5 | 6 | 20-19 | 26 |
11 | Şamaxı | 18 | 2 | 6 | 10 | 12-24 | 12 |