AZ

İlin komandasından 21 xallıq üstünlük

Azərbaycan Premyer Liqasında 2023-cü ilə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, 2022/23 mövsümünün ikinci, 2023/24 mövsümünün ilk yarısında ümumilikdə 180 oyun keçirilib.

Bu müddətdə 11 komanda Premyer Liqada mübarizə aparıb. “Şamaxı” ötən, “Araz-Naxçıvan” cari çempionatda 18 görüşə çıxıb. Digər komandalar 36 qarşılaşmada iştirak edib.

İlin ən yaxşı komandası “Qarabağ”dır. Ötən mövsümün çempionu və cari çempionatın lideri il ərzində hamıdan çox – 25 qələbə qazanıb, hamıdan çox – 88 qol vurub və 81 xalla ən yaxın izləyicilərini 21 xal qabaqlayır.

“Sabah” il ərzində topladığı 60 xalla ikincidir. “Neftçi” isə üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, 180 görüşdə 469 qol vurulub.

1Qarabağ36256588-3181
2Sabah361861260-3360
3Neftçi3616101049-3658
4Zirə3613121138-3251
5Sumqayıt361371635-6346
6Səbail361291545-5945
7Turan Tovuz361281654-5544
8Qəbələ361091739-6139
9Kəpəz367121729-5633
10Araz-Naxçıvan1875620-1926
11Şamaxı18261012-2412
Seçilən
237
5
futbolinfo.az

8Mənbələr