AZ

Səudiyyə Ərəbistanı klublarına məhdudiyyətlər qoyuldu

Səudiyyə Ərəbistanı Suveren Fondu (PİF) maliyyəşdirdiyi "Əl-Hilal", "Əl-Nəsr", "Əl-İttihad" və "Əl-Əhli" klublarının qış transferlərinə məhdudiyyətlər qoyub.

“İki sahil” xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Artıq sözügedən komandalar Səudiyyə Ərəbistanı Suveren Fondu dəstəyi olmadan böyük müqavilələr imzalaya bilməyəcəklər.

Bu klublar istənilən transfer zamanı bir sıra ciddi tələblərə cavab verməlidirlər. Onların dövlətin maliyyə dəstəyi olmadan məşhur futbolçuları ala bilmək şansları yoxdur.

Qeyd edək ki, sözügedən klublar son 2 il ərzində dünyanın bir çox məşhur futbolçularını heyətlərinə cəlb ediblər. Onların arasında Neymar, Kərim Benzema, Kriştiano Ronaldo da var. 2023-cü ilin yayında bu klublar oyunçu keçidlərinə 875,4 milyon dollar xərcləyiblər.

Seçilən
185
13
ikisahil.az

10Mənbələr