Səudiyyə Ərəbistanı Suveren Fondu (PİF) maliyyəşdirdiyi "Əl-Hilal", "Əl-Nəsr", "Əl-İttihad" və "Əl-Əhli" klublarının qış transferlərinə məhdudiyyətlər qoyub.
QOL.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Artıq sözügedən klublar Səudiyyə Ərəbistanı Suveren Fondunun dəstəyi olmadan böyük müqavilələr imzalaya bilməyəcəklər.
Bu klublar istənilən transfer zamanı bir sıra ciddi tələblərə cavab verməlidirlər. Onların dövlətin maliyyə dəstəyi olmadan məşhur futbolçuları ala bilmək şansları yoxdur.
Qeyd edək ki, sözügedən klublar son 2 il ərzində dünyanın bir çox məşhur futbolçularını heyətlərinə cəlb ediblər. Onların arasında Neymar, Kərim Benzema, Kriştiano Ronaldo da var. 2023-cü ilin yayında bu klublar oyunçu keçidlərinə 875,4 milyon dollar xərcləyiblər.